Zigbee2MQTT 2.13.0 yeniləməsi Tuya IR ötürücü və qəbulediciləri üçün Home Assistant dəstəyini yaxşılaşdırır, 51 yeni Zigbee cihazı əlavə edir və Node.js tələblərini yeniləyir.
Zigbee2MQTT layihəsinin 2.13.0 versiyası yayımlanıb. Yeniləmənin əsas yeniliklərindən biri Tuya infraqırmızı qəbuledici və ötürücüləri üçün Home Assistant Discovery dəstəyinin əlavə edilməsidir.
Bunun sayəsində IR kodunun öyrənilməsi və infraqırmızı komandaların göndərilməsi Home Assistant daxilində standart obyektlər kimi görünə bilər. Məsələn, kondisioner, televizor və digər IR pultla idarə olunan cihazların avtomatlaşdırılması daha rahat olur.
Zozung və Tuya əsaslı məşhur IR blasterlər üçün Home Assistant infraqırmızı tayminqlərinin dəstəyi də əlavə edilib. Həmçinin Wiren Board WB-MSW-ZIGBEE v4 cihazının IR ötürücü və qəbuledici funksiyalarını idarə etmək mümkündür.
Yeni versiya ümumilikdə 51 əlavə cihazı dəstəkləyir. Siyahıya müxtəlif termostatlar, iştirak sensorları, işıqlandırma və təhlükəsizlik cihazları daxildir.
Diqqətçəkən modellər arasında bunlar var:
Bundan əlavə, Aqara, Tuya, SONOFF, Shelly və digər istehsalçıların bəzi cihazlarında aşkarlanan problemlər aradan qaldırılıb.
Zigbee2MQTT-ni Home Assistant əlavəsi deyil, birbaşa server və ya kompüter üzərində quraşdıran istifadəçilər üçün vacib dəyişiklik var.
Node.js 20 artıq dəstəklənmir. Birbaşa quraşdırmadan istifadə edirsinizsə, sistemdə Node.js versiyasını 24 və ya 26-ya yüksəltmək lazımdır. Home Assistant əlavəsindən istifadə edənlərdə isə bu asılılıqlar adətən əlavənin özü tərəfindən idarə olunur.
Zigbee2MQTT 2.13.0 xüsusilə IR cihazlarını Home Assistant-a qoşan istifadəçilər üçün faydalı yeniləmədir. Yeni cihaz dəstəyi və mövcud modellər üçün düzəlişlər Zigbee şəbəkəsinin imkanlarını daha da genişləndirir.
Buraxılış qeydləri: Github