Ağıllı Wifi Termostat - Kombi idarəetməsi Терморегулятор для газового котла (kombi) wifi версия
Ağıllı otaq termostatları kombinin işini optimallaşdıraraq enerjiyə qənaət etməyə və daha stabil temperatur təmin etməyə kömək edir. Bu qoşulma prosesi sadədir və kombidən asılı olaraq iki əsas formada həyata keçirilir.
Əksər kombilərdə termostat qoşmaq üçün xarici termostat naqili mövcuddur. Bu naqil adətən:
Qeyd: Hər bir kombi modeli fərqli ola bilər. Dəqiq məlumat üçün kombinizin istifadə təlimatına baxmağınız tövsiyə olunur.
Bu termostat on/off (quru kontakt) çıxışı olan bütün kombilərlə uyğundur. Ən çox istifadə olunan markalar: Bosch, Ariston, Baxi, Ferroli, DemirDöküm, Protherm və s. Əgər kombinizin arxasında "NO/COM" və ya "quru kontakt" çıxışı varsa, bu cihaz problemsiz qoşula bilər.
Bəli, Termostatın idarə paneli batareya ilə, kombiyə bağlantı hissəsi isə 220V ilə işləyir. Kombi ilə əlaqələndirilməsi üçün az da olsa elektrik bilikləri lazımdır. Yuxarıda şəkil olaraq hara qoşulduğu göstərilib. Əksər kombilərdə termostat qoşmaq üçün xarici termostat naqili mövcuddur. Bu naqil adətən kombinin aşağı hissəsində "U" formasında çıxarılmış olur. Çöldə bu naqil olmadıqda kombinin ön panelini açdıqda daxildə quru kontakt (Dry Contact) naqili olaraq yerləşdirilmiş olur.
Termostat Tuya Smart və ya Smart Life tətbiqləri ilə işləyir. Bu tətbiqləri Android və iOS cihazlarınıza yükləyərək, termostatı WiFi vasitəsilə əlavə edə bilərsiniz. Bu sayədə evdə olmasanız belə, istənilən yerdən temperaturu dəyişmək mümkündür.
Bəli, termostat offline rejimdə də işləyir. Yəni, WiFi bağlantısı olmasa belə, cihaz əvvəlcədən təyin edilmiş proqramlara əsasən kombini idarə edə bilər. Lakin, mobil tətbiq vasitəsilə uzaqdan idarəetmə və səhnə (automation) funksiyaları üçün internet bağlantısı lazımdır.
Səhnə funksiyası sayəsində müəyyən vaxtlarda və ya şərtlərdə avtomatik əmrlər verə bilərsiniz. Məsələn:
Bu funksiyalar Tuya və ya Smart Life tətbiqləri vasitəsilə qurulur.
Bəli. Termostat Amazon Alexa, Google Assistant və Yandex Alice ilə uyğun işləyir. Məsələn, "Ok Google, kombini söndür" deyə bilərsiniz.
Termostatın idarə paneli duyməli (sensorlu) və işıqlıdır. Ekranda istilik dərəcəsi, istilik rejimi və WiFi vəziyyəti kimi məlumatlar görünür.
Xarici saytlarda:
❌ Zəmanət yoxdur. İşləməsə, qaytarmaq çətindir və ya çox uzun zaman ala bilər
❌ Texniki dəstək verilmir
❌ Azərbaycan elektrik şəbəkəsinə uyğunlaşma zəif ola bilər
❌ Gecikmiş çatdırılma, gömrük və risk var
Biz isə:
✅ Yerli zəmanət
✅ Azərbaycan dilində dəstək
✅ Anbardan təhvil və ya 1 günə çatdırılma
✅ Problem olsa, birbaşa bizə müraciət
Tətbiqə bir neçə istifadəçi əlavə etmək mümkündür. Ailə üzvləriniz və ya ofis əməkdaşları birdən çox telefondan idarə edə bilər.
Ən optimal yer mərkəzi otaq və ya ən çox istifadə edilən məkan olmalıdır. Günəş şüasından və kondisioner axınından uzaqda yerləşdirilməsi tövsiyə olunur ki, real temperatur ölçülsün.
Bəli! İstilik sabit saxlandığı üçün kombi daha az işə düşür və enerji qənaəti təmin olunur. Bu, həm qaz, həm də cihazın ömrü üçün faydalıdır.
Bəli. Rəsmi olaraq 1 il zəmanət verilir. Qüsurlu çıxarsa, dəyişdirilir və ya təmir edilir.