Su və qaz kranı nəzarətçisi

Whatsapp ilə sifariş
1 rəy üzərindən

Tuya programı ilə işləyən ağıllı kran nəzarətçisidir. Həm qaz həm də su kranına quraşdırmaq mümkündür. Alexa və Google nest ilə çalışa bilir.

X Al Y Hədiyyə
 77.00

Tuya programı ilə işləyən ağıllı kran nəzarətçisidir. Həm qaz həm də su kranına quraşdırmaq mümkündür. Alexa və Google nest ilə çalışa bilir. Evdən uzaqda olduqda qazı ve ya su kranlarınızı telefon ilə bağlayıb aça bilərsiniz.

📌 Xüsusiyyətlər

  • ⚡ Adapter girişi: 100V-240V
  • ⚡ Adapter çıxışı: DC12V 1A
  • ⚡ WiFi: 2.4GHz
  • ⚡ Radio əhatəsi: 30 meters
  • ⚡ Valve təzyiqi: 1.6MPA
  • ⚡ Klapanın bağlanma müddəti: 5-6 saniyyə
  • ⚡ Dönmə momenti: 30-60kgf.cm
  • ⚡ Elektrik kabeli: 2.3 metr

📌 İmkanlar

✅ WiFi Bağlantısı: Evinizin WiFi şəbəkəsinə qoşulur, smartfonunuzdan istifadə edərək istənilən yerdən su klapanı və qaz klapanını idarə etməyə imkan verir.

✅ Ağıllı cihazlarla bağlantı: Digər ağıllı cihazlarla- məslən su və ya qaz sızma sensoru ilə birlikdıə istifadə edildikdə, sızma olduqda ani reaksiya verərək avtomatik olaraq kranı bağlayır.

✅ Səslə Nəzarət: Su və Qaz klapanını səsinizlə idarə etməyə imkan verən Alexa və Google Assistant-ı dəstəkləyir.

✅ Planlama: Vaxtı təyin edərək klapanın avtomatik açılıb bağlanmasın təmin etmək olur

Evdə Sızma Halında Avtomatik Kran Bağlanma Ssenariləri

🎯 Məqsəd

Evdə su və ya qaz sızması baş verdikdə, Tuya proqramı vasitəsilə ağıllı kran avtomatik bağlansın. Bu, həm maddi zərərin, həm də təhlükəli vəziyyətlərin qarşısını vaxtında almağa kömək edir.


🧠 Ümumi İşləmə Prinsipi

  1. Sensor (su və ya qaz) sızmanı aşkarlayır.
  2. Tətbiqə siqnal göndərilir və səsli siqnal aktivləşir.
  3. Tuya və ya Smart Life tətbiqində əvvəlcədən qurulmuş avtomatlaşdırma ssenarisi işə düşür.
  4. Kran bağlayıcısına "bağlan" əmri göndərilir.
  5. Ağıllı kran 5–6 saniyə ərzində suyu və ya qazı bağlayır.

💧 Ssenari 1: Su Sızdıqda Su Kranının Avtomatik Bağlanması

Tələb Olunan Cihazlar

  • WiFi Su Sızma Sensoru (EARYKONG ER-WiFi-SQ)
  • Tuya WiFi Su/Qaz Kran Bağlayıcısı

Qurulma Addımları (Tuya/Smart Life tətbiqində)

  1. Smart bölməsinə keçin.
  2. + düyməsi ilə yeni avtomatlaşdırma yaradın.
  3. Əgər (IF): Su Sensoru → Su sızması aşkarlanıb
  4. Onda (THEN): Ağıllı Kran → Bağla (Turn Off)
  5. Ssenariyə ad verin: Su sızması zamanı kranı bağlaSave

🔥 Ssenari 2: Qaz Sızdıqda Qaz Kranının Avtomatik Bağlanması

Tələb Olunan Cihazlar

  • WiFi Qaz Sızma Sensoru (TYQG-02)
  • Tuya WiFi Su/Qaz Kran Bağlayıcısı

Qurulma Addımları (Tuya/Smart Life tətbiqində)

  1. Smart bölməsinə keçin.
  2. + düyməsi ilə yeni avtomatlaşdırma yaradın.
  3. Əgər (IF): Qaz Sensoru → Qaz sızması aşkarlanıb
  4. Onda (THEN): Ağıllı Kran → Bağla (Turn Off)
  5. Ssenariyə ad verin: Qaz sızması zamanı kranı bağlaSave

✅ Vacib Məlumatlar

  • Kran bağlayıcısı daim enerji ilə təmin olunmalıdır (DC 12V adapter).
  • Sensorlar düzgün quraşdırılmalıdır:
    • Su sensoru – döşəməyə (paltaryuyan maşın altı, su çəninə yaxın)
    • Qaz sensoru – divara və ya tavana (ocaq və qaz sayğacına yaxın)
  • Tətbiqdə Push Notification aktiv olmalıdır.
  • Hər ssenaridə əlavə cihazlar (işıq, siren, xəbərdarlıq ekranı) daxil edilə bilər.

🏡 İstifadə Ssenariləri

  • Hamam və mətbəxdə boru partlaması və ya cihaz sızması zamanı avtomatik müdaxilə.
  • Balkonda və ya zirzəmidə yağış suyu və ya su çəni sızıntısının qarşısını alma.
  • Evdə olmadığınız zaman belə uzaqdan nəzarət və təhlükəsizlik təminatı.

🔗 Uyğun Cihazlar

Cihaz Növü Bağlantı Protokolu Enerji Təchizatı Uyğunluq Link
Su Sızma Sensoru WiFi Batareya (CR123A) Tuya/Smart Life Linkə keç
Su Sızma Sensoru (asılqanlı) WiFi Batareya (CR123A) Tuya/Smart Life Linkə keç
Su Sızma Sensoru (ZigBee) ZigBee Batareya ZigBee Gateway tələb olunur Linkə keç
Kran Bağlayıcısı (Su/Qaz) WiFi DC 12V (adapter daxildir) Tuya/Smart Life Linkə keç
Qaz Sızma Sensoru TYQG-02 WiFi DC 5V (Micro USB) Tuya/Smart Life Linkə keç
Qaz Sızma Sensoru TYQG-03 WiFi DC 5V (Micro USB) Tuya/Smart Life Linkə keç
Qaz Sızma Sensoru (yuvaya taxılan) WiFi AC 220V Tuya/Smart Life Linkə keç

Qutunun çindəkilər

  • 1 * Tuya WiFi Su və ya Qaz Kranı
  • 1 * Qida bloku

1 2 3 4 5 5 5 6

Məhsul rəyləri

Yalnız bu məhsulu alan şəxslər rəy bildirə bilər.

By Ramin Akhundov
Hazırda istifadə edirəm. Evi tərk etdiyimdə və evdə kimsə olmadığında sistem avtomatik qazı bağlayır. Su üçün də istifadə etmək olar. Adapteri var deyə batareya problemi də yoxdur. Hər evə lazım desəm az olar.

Çatdırılma məlumatları

Çatdırılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

📒 Məhsulların çatdırılması sifarişçi tərəfindən göstərilən ünvana göndərilir.

⚠️ Ünvanı dəyişsəniz, dərhal bizə məlumat verin.

Bakı və ya bütün Azərbaycana çatdırılma

  • 🚲 Sifarişin çatdırılması Kuryer şirkəti və ya Azərpoçt(yaxınlığınızdakı ən yaxın Poçt şöbəsinə) tərəfindən çatdırılır.
  • 🕙Təxmini çatdırılma müddəti çatdırılma növündən asılı olaraq 1-3 gündür. Kuryer ilə həmin gün(bəzən növbəti günə) çatdırılır. Azərpoçt isə müddət 1-3 iş günü olmaqla alıcı sifarişin poçt şöbəsinə çatdırıldığı barədə əlavə bildiriş alacaq.
  • 🆓 Şəhər daxili Pulsuz çatdırılma üçün sifarişin minimum dəyəri 80 manat üzəri olmalıdır.
  • 🆓 Azərpoçt ilə Pulsuz çatdırılma üçün sifarişin minimum dəyəri 40 manat üzəri olmalıdır.
  • 💰Qeyd olunan məbləğlərdən az olan sifariş və ya Təcili sifariş Alıcının hesabına həyata keçirilir.
  • 📃 Çatdırılma dəyəri avtomatik olaraq ödəniş üçün hesab-faktura daxil edilir.

Qeyd: Saat 15:00-dan əvvəl sifariş verdikdə, həmin gün bağlama çatdırılmaya verilir, əks halda bağlama növbəti iş günündə qala bilər.

Qaytarılma məlumatları

Geri qaytarılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

Geri qaytarma siyasəti

  • Smarttouch.az saytından alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

  • Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

  • Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

Geri qaytarma səbəbi: Digər

  • Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya onunla birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu halda geri qaytarılmaqla həyata keçirilə bilər.

Ödənişin geri qaytarılması

  • Məhsulun çatdırılması üçün ödənilən ödəniş geri qaytarılmır.
  • Məhsulu geri qaytarılması üçün çatdırılma ödənişi müştəri tərəfdən ödənilir
  • Məhsul endirim müddətində alınıbsa, geri qaytarılan zaman məhsul endirimdə

Care to Share:

Seçilmiş məhsullar

Hamısına bax