Temperatur və Rütubət sensoru, Zigbee

0 rəy üzərindən

Cihaz otağın temperatur və rütubətini uzaqdan izləməyə imkan verir və dəyişikliklər barədə sizə anında bildirişlərlə xəbərdarlıq göndərə bilir.

₼ 30.00

İmkanlar

  • Digər ağıllı ev cihazları ilə sinxron işləmə – Məsələn, ağıllı pult istifadə edildikdə temperatur müəyyən etdiyimiz dərəcədən yuxarı qalxarsa, avtomatik olaraq kondisioneri işə sala bilər. Eyni zamanda temperatur aşağı düşərsə, kombini işə sala bilər.
  • Yüksək və aşağı temperatur/rütubət nəzarəti – Temperatur və ya rütubət təyin olunmuş dəyəri keçdikdə, cihaz anında telefonda bildiriş göndərərək xəbərdarlıq edə bilir.
  • Temperatur & rütubət qeydləri – Uzun müddət otağın temperatur və rütubət tarixçəsinə baxmaq mümkündür.
  • Böyük LCD ekran – Ekranda tarix, temperatur və rütubət göstəriciləri görünür.
  • Aşağı gərginlik xəbərdarlığı – Batareya səviyyəsi aşağı olduqda, avtomatik olaraq batareyaları dəyişdirməyi sizə xatırladır.
  • Zigbee bağlantısı – Cihaz Tuya Zigbee Hub vasitəsilə işləyir. Bu, daha sürətli reaksiya müddəti və az enerji istehlakı təmin edir.
  • Səs dəstəyi – Bu sensor Amazon Alexa və Google Home Assistant ilə uyğun işləyir. Səsinizlə soruşaraq hər otağın temperatur və rütubətini səsləndirə bilərsiniz.

Xüsusiyyətlər

  • Model: ER-WSD01-ZB
  • Ölçülər: 60×63×25mm
  • Qoşulma növü: Zigbee (Tuya Zigbee Hub tələb olunur)
  • Material: Plastik
  • Yuxarı və aşağı temperatur xəbərdarlığı: Dəstəkləyir
  • Enerji bitmə xəbərdarlığı: Dəstəkləyir
  • Əməliyyat sistemi dəstəyi: iOS 8.0 / Android 4.0 və yuxarı
  • İdarəetmə proqramı: Tuya Smart / Smart Life
  • Ölçmə aralığı: -10℃ - 55℃, 10%RH - 99%RH
  • Dəqiqlik: ±0.5℃, ±5%RH
  • Enerji: Batareya (1.5V AAA × 3)
  • Rəng: Ağ

Zigbee funksiyası haqqında

Zigbee protokolu sayəsində cihaz daha sürətli və sabit işləyir. Cihazın işləməsi üçün Tuya Zigbee Hub tələb olunur.

Batareyalar haqqında

  • Yalnız AAA 1,5V qələvi batareyalar istifadə edilməlidir.
  • 1,2V təkrar doldurulan batareyalar istifadə edilə bilməz, çünki cihaz onları aşağı gərginlik kimi tanıya bilər.
  • Müxtəlif model və markaların batareyaları qarışdırılmamalıdır.
  • Yeni və köhnə batareyalar birlikdə istifadə edilməməlidir.

Əks halda: Konfiqurasiya uğursuz ola bilər. Batareya daha sürətlə bitə bilər.

⚠️ Qeyd: Cihazın konfiqurasiyası tamamlandıqdan sonra onu Zigbee siqnalının güclü olduğu bir yerə yerləşdirmək lazımdır. Əks halda, siqnal zəif olduqda, cihazın batareyası tez tükənə bilər.

⚠️ Temperatur və rütubət ölçmə xətası - Bütün temperatur və rütubət sensorlarında müəyyən səhvlər ola bilər. Bu modelin: Temperatur xətası: ±1 ℃ Rütubət xətası: ±5% RH

Qeyd: Sensorun otaq temperaturuna uyğunlaşması üçün 30 dəqiqə vaxt lazımdır. Bundan sonra ölçmə daha dəqiq olacaqdır.

📦 Paketə daxildir

  • 1 × Sensor
  • 1 × İstifadəçi təlimatı

📌 Qeyd: Cihaz yalnız Tuya Zigbee Hub ilə işləyir və WiFi dəstəkləmir.

alt alt alt alt alt alt alt

Məhsul rəyləri

Yalnız bu məhsulu alan şəxslər rəy bildirə bilər.

Bu məhsula rəy yazılmayıb.

Çatdırılma məlumatları

Çatdırılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

📒 Məhsulların çatdırılması sifarişçi tərəfindən göstərilən ünvana göndərilir.

⚠️ Ünvanı dəyişsəniz, dərhal bizə məlumat verin.

Bakı və ya bütün Azərbaycana çatdırılma

  • 🚲 Sifarişin çatdırılması Columba Azərbaycan kuryer şirkəti və ya Azərpoçt(yaxınlığınızdakı ən yaxın Poçt şöbəsinə) tərəfindən icra edilir.
  • 🕙Təxmini çatdırılma müddəti çatdırılma növündən asılı olaraq sifariş zamanı təxmini çatdırılma tarixi göstərilir. Columba Azərbaycan 1 iş günü müddətinə çatdırır. Azərpoçt isə 1-3 iş gününə çatdırır.
  • 🆓 Şəhər daxili Pulsuz çatdırılma üçün sifarişin minimum dəyəri çatdırılma növünə görə fərqlidir.
  • 📃 Çatdırılma dəyəri avtomatik olaraq ödəniş üçün hesab-faktura daxil edilir.

Qeyd: Təcili çatdırılmalar saat 18:00-a qədər edilən sifarişlər üçün icra olunur. Qeyd edilən tarixdən sonrakı sifarişlər növbəti gün çatdırılması təmin edilir.

Qaytarılma məlumatları

Geri qaytarılma qaydalarını ətraflı oxumanızı tövsiyyə edirik.

Geri qaytarma siyasəti

  • Smarttouch.az saytından alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

  • Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Geri qaytarma səbəbi: Qüsurlu mal(İstehsalçı qüsuru)

  • Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır. Qüsuru yerində təsdiqləmək mümkün deyilsə, məhsul servisə göndərilir.

Geri qaytarma səbəbi: Digər

  • Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya onunla birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu halda geri qaytarılmaqla həyata keçirilə bilər.

Ödənişin geri qaytarılması

  • Məhsulun çatdırılması üçün ödənilən ödəniş geri qaytarılmır.
  • Məhsulu geri qaytarılması üçün çatdırılma ödənişi müştəri tərəfdən ödənilir

Care to Share:

Seçilmiş məhsullar

Hamısına bax