Ev və ofislər üçün nəzərdə tutulmuş bu ağıllı pərdə sistemi, Tuya platforması sayəsində telefon, səsli köməkçi, pult və panel ilə idarəetməni təmin edir. Modulyar rels sistemi ilə pərdənizin ölçüsünə uyğun şəkildə dəqiq və tez tənzimləmə imkanı verir.
Yenilikçi qayışsız və ultra səssiz motor texnologiyası, enerji qənaəti və istifadədə rahatlıq təqdim edir. WiFi və Zigbee variantları ilə mövcuddur.
Xüsusiyyət | Dəyər |
---|---|
Nominal güc | 9W |
Nominal sürət | 600 rpm |
Çalışma sürəti | 8–36 sm/s (3 seçimli mod) |
Maks. yük | 50 kq |
Bağlantı növü | WiFi / Zigbee / RF (433.92MHz) |
Güc kabeli | 220V AC / 5V DC Type-C (USB) |
IP sinfi | IP20 (daxili istifadə) |
İzolyasiya səviyyəsi | B |
Kutu ölçüsü | 115 x 22 x 7 sm |
Pərdənizin montajı, modulyar sistemin necə birləşdirildiyi və istifadə detalları ilə tanış olmaq üçün aşağıdakı videolara baxa bilərsiniz:
🔧 Quraşdırma və motorun işləmə qaydası
▶️ YouTube – Quraşdırma Videosu #1
🧩 Modulyar rels parçalarının birləşdirilməsi və sistemin qurulması
▶️ YouTube – Quraşdırma Videosu #2
Bu pərdə sistemi hansı platforma ilə işləyir?
Tuya və Smart Life ilə tam uyğundur.
WiFi və Zigbee fərqi nədir?
WiFi internet üzərindən işləyir, Zigbee isə hub vasitəsilə daha stabil və lokal idarəetmə üçün istifadə olunur.
Pərdəni telefonsuz idarə edə bilərəmmi?
Bəli, həm RF pult, həm də paneldən və sadəcə pərdəni çəkməklə idarə mümkündür.
Sistem neçə metrə qədər uzadıla bilər?
2–7 metr arasında ölçülərə uyğun rels modulları var.
Rels necə tənzimlənir?
100cm, 50cm, 20cm və 10cm hissələr istənilən uzunluqda birləşdirilə bilər.
Pərdəni çəkməklə işləməsi necədir?
Perdeni yüngülcə çəkməklə sistem avtomatik hərəkətə keçir.
Sistem elektrik getdikdə işləyirmi?
Bəli, daxili batareya ilə RF pultla işləməyə davam edir, lakin WiFi deaktiv olur.
Sürət ayarları varmı?
Bəli, "Quick", "Normal" və "Quiet" rejimləri mövcuddur.
Google Assistant ilə necə işləyir?
Tuya hesabınızı Google Home tətbiqi ilə birləşdirərək səsli əmr verə bilərsiniz.
Montaj üçün ustaya ehtiyac var?
Xeyr, sadə klipsli sistemlə 30 dəqiqədən az müddətdə özünüz quraşdıra bilərsiniz.
Tətbiqdə zamanlama qurula bilər?
Bəli, səhər açılma, axşam bağlanma kimi ssenarilər qurula bilər.
Motor səs salırmı?
Quiet rejimində çox səssiz işləyir.
Panel nəzarəti nə üçündür?
Divara montaj edilə bilən fiziki idarəetmə üçündür.
Zəmanət varmı?
Bəli, 1 il rəsmi zəmanət ilə təmin olunur.
Kuru kontakt nədir?
RJ45 portu vasitəsilə digər ağıllı sistemlərə inteqrasiya üçün istifadə olunur.
Sistem həm sağdan, həm soldan açılan pərdəyə uyğundur?
Bəli, mərkəzdən iki tərəfli və ya tək tərəfli rejim qurula bilər.
Bu sistemə blackout pərdə qoşa bilərəmmi?
Bəli, çəki 50 kq-dan az olduqca istənilən pərdə uyğundur.
Sistem sərin və nəmli otaqlarda işləyirmi?
IP20 qoruma sinfi ilə yalnız qapalı, quru mühitdə istifadə olunmalıdır.
Montaj üçün hansı alətlər lazımdır?
Sadə tornavida və metr kifayətdir. Qutuya klipslər daxildir.
Ağıllı ev ssenarilərinə necə qoşulur?
Tuya tətbiqində digər cihazlarla birlikdə “Smart” bölməsindən ssenarilər yaradıla bilər.